Türkiyədə meşə yanır, 4 helikopter havaya qalxdı

Türkiyənin Kahramanmaraş vilayətində meşə yanğınları baş verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, hadisə Onikişubat rayonunda qeydə alınıb

Yanğının söndürülməsi üçün əraziyə dörd helikopter, bir pilotsuz uçuş aparatı (PUA), 13 su çiləyici, beş su tankeri, üç ilkin müdaxilə texnikası, dörd iş maşını, altı yanğınsöndürən maşın və 20-si könüllü olmaqla 130 nəfərlik şəxsi heyət cəlb olunub.

Yanğının hansı səbəbdən baş verməsi hələki məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR