Paris-2024: İdmançımız xəstəxanaya aparıldı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb.

Metbuat.az bildirir ki, 90 kq çəki dərəcəsində yer alan idmançının fransalı Nqayap Hambuya uduzduğu qarşılaşmada çiyni çıxıb.

Hacıyev xəstəxanaya aparılıb.

Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib. Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Olimpiadaya 1/16 finaldan başlayan cüdoçumuz Elcan Hacıyev 1/8 final oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda fransalı rəqibi Nqayap Hambu üz-üzə gəlib.

    Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.

    ***

    Olimpiadaya 1/16 finaldan başlayan cüdoçumuz Elcan Hacıyev 1/8 finala yüksəlib.

    Metbuat.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşıb.

      Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.

      Qeyd edək ki, Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.


      Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
      0552252950 (Whatsapp)

      BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

      Media Savadlılığı