Yanacağın yeni qiyməti sürücüləri təəccübləndirdi - FOTO

Azərbaycanda yanacaqdoldurma məntəqəsinin endirim kampaniyası görənlərin gülüşünə səbəb olub.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Məlumata görə, Gəncədə yerləşən məntəqənin rəhbərliyi yanacağın hər litrinə 1 qəpik endirim edib. Yəni, Aİ-92 markalı benzinin 1 litri 1.09 manata, dizelin litri isə 0.99 manata təklif olunur.Bu barədə paylaşılan foto isə izləyicilərin gülüş hədəfinə çevrilib.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə bu il iyulun 1-dən Aİ-92 markalı benzinin litri 1.10 manat, dizelin qiyməti isə 1 manata qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı