“Poz-Qazan” oyunlarında iyulda 11 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları iyul ayında 11 böyük uduşla yadda qalıb.

Ötən ay Bakıda “Prestij” lotereyasının ilk ən böyük uduşu – 500 000 manat qazanılıb. Şanslı qalib Hüseyn Bünyatov olub. 2 ədəd biletdə isə 5 000 manat Naxçıvan və Sabirabadda qazanılıb.

“5X” lotereyasında isə Sumqayıtda 100 000 manat udulub.

Sumqayıtda növbəti böyük uduş – 25 000 manat “Qızıl” lotereyasında qazanılıb. “Qızıl”da daha bir 25 000 manatlıq uduş Gəncə sakinini sevindirib.

“Bombardir” lotereyasında da Bakıda 50 000, Ağsuda isə 10 000 manat udulub.

“Uğurlu 7” lotereyasında isə 2 ədəd biletdə 10 000 manat qazanılıb. Hər iki uğurlu bilet Naxçıvanda alınıb.

“Papaq at” lotereyasında da 10 000 manatlıq uduş Bakı sakininə qismət olub.

Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri , "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı