Zəhərlənən ana və övladı ilə bağlı TƏBİB-dən açıqlama

Xəbər verdiyimiz kimi, Sumqayıtda ana və azyaşlı övladı qidadan zəhərlənib.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 avqust tarixində Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına, qadının övladı - 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) isə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım bölməsinə dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə daxil olublar:

"Hər iki şəxs müvafiq tibbi müdaxilələrdən sonra vəziyyətləri stabil qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı