Aİ Şurası Ukraynaya 4,2 mlrd. avroluq yardımı təsdiq etdi

Avropa İttifaqı Şurası Ukraynaya 4,2 milyard avro məbləğində makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yardımı almaq üçün Ukrayna nəzərdə tutulmuş zəruri şərtləri və islahatları yerinə yetirib.

Qeyd olunur ki, bu islahatlar dövlət maliyyə idarəçiliyi, müəssisələrinin idarə edilməsi, biznes mühiti, energetika və minatəmizləmə sahələrini əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı