Azərbaycan atleti Anna Skidan “Paris-2024” Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb.
Metbuat.az xəbər verir ki, o, 12 idmançının yer aldığı həlledici mərhələdə ilk 3 cəhdinin yekununda 73,27 metr nəticə göstərərək 6-cı olub. Bununla da A.Skidan mübarizəni davam etdirən ilk “səkkizliy”ə düşüb. Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73,66 metrə çatdıran atletimiz olimpiadada 7-ci yeri tutub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.