Sənədsiz ev yalnız bu halda sökülə bilər - AÇIQLAMA

"Söküntülər ölkədə iki formada aparılır. Birincisi, hər hansısa bir ərazi dövlət ehtiyacı üçün alınır. O zaman həmin ərazidə olan əmlaklar real bazar dəyəri ilə qiymətləndirilir. Vətəndaşa 20 faiz artıq kompensasiya ödəməklə həmin əmlaklar satın alınır".

Bu sözləri Metbuat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, dövlət xətti ilə olan söküntülərdə vətəndaşlara daha çox pul ödəyirlər:

"Bəzən isə vətəndaşlar digər ərazidə mənzillə də təmin oluna bilirlər. Başqa bir versiyada isə söküntülər həm də özəl sektor tərəfindən aparıla bilir. Tikinti şirkətləri hər hansısa çoxmənzilli yaşayış binalarında və yaxud fərdi evlərdən ibarət yaşayış massivlərində söküntü işləri aparır. O zaman həmin mənzil sahiblərinə daha geniş ümumi sahəsi olan mənzil və həmin mənzillər təqdim olunan günə qədər kompensasiya şəklində kirayə pulu və köç xərcləri ödənilir".

Ekspert qeyd edib ki, bəzi ərazilərdə ümumiyyətlə tikintilərə icazə verilmir:

"Əgər vətəndaş tikintiyə başlamaq istəyirsə, aidiyyəti qurumlar tərəfindən ona həmin ərazidə tikintinin qadağan olunub-olunmaması ilə bağlı məlumat verilir. Əgər həmin ərazidə tikinti qadağan olduğu halda vətəndaş tikintiyə davam edirsə, həmin tikintinin sökülməsi mümkündür. Qanun buna imkan verir. Əks halda vətəndaşın uzun müddət yaşadığı ev hansısa şəxs və ya qurum tərəfindən sökülürsə, mütləq şəkildə həmin evin söküntüsü ilə bağlı məhkəmə qərarı tələb olunur".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı