Zəngəzurda Azərbaycanla bağlı diqqət çəkən addım - FOTO

Zəngəzurda Azərbaycanla sərhəd xəttinin uzunluğa və Qarabağa neçə kilometr qaldığını göstərən lövhələr sökülüb.

Metbuat.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Oragir Ermənistan” məlumat yayıb.

Nəşr yazır ki, yeni quraşdırılan lövhələrdə yalnız sərhəddə yerləşən Dığ, Kornidzor kimi ətraf kəndlərə gedən yol göstərilir:

“Əvvəllər buradakı lövhədə Berdzora (Laçın-red.), hətta konkret Stepanakertə (Xankəndi-red.) nə qədər məsafənin qaldığı göstərilirdi. Lakin artıq bu adlar lövhədən tamamilə silinib. Həmçinin Ermənistan sərhədinin uzunluğunun da dəqiq nə qədər olduğu qeyd edilməyib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR