"Nə vaxta kimi peşman edəcəksən?" - Qurbanovdan xəbərdarlıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevə sonuncu dəfə xəbərdarlıq edib.

Müdafiəçi bir daha yersiz qırmızı vərəqə alarsa, əsas komandadakı yerini itirəcək və əvəzedici heyətə göndəriləcək.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis iclasda bu barədə danışıb. Azərbaycanın ən yaxşı çalışdırıcısı cinah oyunçusuna xatırladıb ki, o, yoldaşlarını dönə-dönə çətin vəziyyətdə buraxıb:

"Sən bizi nəvaxta kimi peşman edəcəksən? Artıq böyüməlisən. Başa düşməlisən ki, sənin hərəkətlərinə görə komanda nə qədər əziyyət çəkir. Sənə görə mətbuat və azarkeşlər "Qarabağ"ın üstünə gəlir. Yığışdır bu hərəkətlərini! Elə et ki, gözümdən düşməyəsən. Hisslərini idarə elə, yerli-yersiz özündən çıxma. Səbrli ol, komandanı fikirləş. Burada səndən başqa futbolçular var, onları da düşün".

Elvin Cəfərquliyev böyük miqdarda cərimələnib. Onunla bağlı qərar Qurban Qurbanova məxsusdur.

Buna səbəb Elvinin Premyer Liqanın ilk turunda «Araz-Naxçıvan»a qarşı keçirilən matçda (4:1) iki sarı vərəqə alaraq, komandanı meydanda azlıqda buraxmasıdır.

Baş məşqçi ötən mövsüm "Braqa" və "Bayer"lə Avropa Liqasının pley-off oyunlarında da qırmızı vərəqə almış cinah oyunçususunun hərəkətlərinə bu dəfə səbr göstərməyib.

Onu kollektivdaxili iclasda möhkəm danlayıb. Təcrübəli mütəxəssis necə sərt sözlər deyibsə, digər futbolçular Elvinin yerinə utanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı