Lotereya təşkilatçılarının üzərinə yeni öhdəlik qoyuldu

İqtisadiyyat Nazirliyinin Kollegiyası 5 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Lotereyaların təşkili və keçirilməsi Qaydası”na, “Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası”na və “Stimullaşdırıcı lotereyanın təşkili və keçirilməsi Qaydası”na dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra lotereya təşkilatçıları terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunla müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı