"Qalatasaray"ı "Başakşehir"ə dəyişdi - FOTO

"Qalatasaray" klubundan ayrılan mütəxəssisə "Başakşehir"də vəzifə verilib.

Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

"Marko Federiko Pezzaiuoli klubumuzun Futbol planlaşdırılması və strategiya direktoru təyin edilib. Pezzaiuoli'ə ailəmizə xoş gəldin deyir, yeni vəzifəsində uğurlar arzulayırıq", - deyə klubun yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Marko Federico Pezzaiuoli, 1,5 ildir ki, "Qalatasaray" klubunda akademiya və gənclər üzrə direktor vəzifəsində çalışırdı. İtalyan futbol mütəxəssisi, 30 iyun tarixində sarı-qırmızılı klubdakı vəzifəsindən ayrılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı