Dünyanın ən məşhur video platforması olan "Youtube" yeni bir funksiyanı təqdim etməyə hazırlaşır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yeni özəllik sayəsində "Google Gemini" "Youtube"a inteqrasiya ediləcək.
Kanal sahibləri süni intellektin yardımı ilə video məzmun ideyaları, video başlıqları fikirləri ala biləcəklər və bu, yutuberlərin işini asanlaşdıracaq.
Hazırda test mərhələsində olan funksiyanın nə vaxt aktivləşdiriləcəyi ilə bağlı məlumat verilməyib.