Start verildi, bu tarixə kimi aktiv olacaq - Abituriyentlərin nəzərinə

Sabahdan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün ixtisas seçimi başlayır.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun və digər zəruri materialların proqnozunun verildiyi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib.

Ümumilikdə 5 ixtisas qrupu üzrə 90 minə yaxın abituriyent ixtisas seçimi prosesində iştirak edəcək.

Təhsil eksperti Kamran Əsədov builki ixtisas seçimi prosesinin gərgin keçəcəyini bildirir. Onun sözlərinə görə, əvvəlki illərə nisbətən builki qəbul imtahanlarında yüksək bal toplayanların sayında olan artım qəbul ballarına ciddi şəkildə təsir göstərəcək.

Ekspert həmçinin onu da bildirib ki, abituriyentlər ixtisas seçimi zamanı yalnız “Abituriyent” jurnalının 2 saylı jurnalı ilə deyil, eyni zamanda, yeni və 2023-cü ildə çap edilən nəşrlərə də diqqət etməlidirlər.

Qeyd edək ki, ixtisas seçimi 19 avqust tarixinə qədər aparılacaq.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR