Bakıda döyülən 18 yaşlı qızla bağlı DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda, Qanbay Vəzirov küçəsində 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı içərisində orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.

Hadisə ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqustun 9 da gecə saatlarında Sabunçu rayonu ərazisində qadının bir qrup şəxs tərəfindən döyülməsilə bağlı polisə məlumat daxil olub:

"Əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı