Kiyevin Rusiya ərazisinə hücumda məqsədi budur - Politoloq

"Artıq bir neçə gündür ki, Ukrayna Rusiya ilə sərhəddəki Kursk əyalətinə hücumlar həyata keçirir. Təxminən min nəfərə yaxın Ukrayna əsgəri ağır texnika və tanklarla Rusiya ərazilərinin təxminən 20-25 kilometrliyinə qədər irəliləyib. Ukrayna rəsmilərinin məlumatlarına görə, 11 yaşayış məskənini, o cümlədən Qars stansiyasını ələ keçiriblər. İntensiv döyüşlər hələ də davam edir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. O bildirib ki, müharibənin ümumi gedişatının dəyişəcəyi gözlənilmir:

"Sadəcə bu taktiki manevr kimi Ukraynaya müəyyən uğur və vaxt qazandıra bilər. Hərbi yolla Ukrayna Rusiya ordusunun diqqətini yayındırmaq istəyir. Onların diqqətini şimala yönləndirməyə çalışır. Siyasi olaraq da, bu yolla Ukrayna Rusiya ilə danışıqlar masasında müəyyən üstünlüklər qazanmaq istəyir. Eyni zamanda Rusiya xalqını qorxudaraq, həmin xalqın Putinə qarşı narazılıq bildirməsinə nail olmağa çalışır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı