İnflyasiya orta gəlirli insanları "yedi" - Tramp

ABŞ milyarderi Elon Maska verdiyi müsahibədə iqtisadiyyatla bağlı dəyərləndirmələr edən keçmiş prezident Donald Tramp seçkilərin yaxınlaşdığını və insanların iqtisadiyyat haqqında bəzi şeylər eşitmək istədiyini deyib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, insanların kifayət qədər pulları olmadığı üçün ərzaq alış-verişi edə bilmədiklərini ifadə edən Tramp, "İnflyasiya onları məhv etdi" deyə qeyd edib. Ərzaq qiymətlərindəki artıma işarə edən Tramp bildirib:

"Axmaq administrasiya buna icazə verdi, bu, ayıbdır və məncə, insanların ən çox maraqlandığı şey budur".

İnflyasiyanın orta gəlirliləri “yediyini” deyən Tramp 4-5 il əvvəl insanların pul yığdığını, bu gün isə sadəcə yaşamaq üçün bütün pullarını xərclədiklərini və borc götürdüklərini vurğulayıb:

"Baş verənlər dəhşətlidir və biz buna son qoyacağıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı