Mourinyo Ferdinin yerinə 30 milyonluq tələbəsini istəyir - FOTO

İstanbulun "Fənərbağça" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo keçmiş tələbəsinin transferində maraqlıdır.

Metbuat.az "Fanatik"ə istinadən xəbər verir ki, Mourinyo klubdan ayrılma ehtimalı böyük olan Ferdi Kadıoğlunun mövqeyinə "Tottenhem"də çalışdığı dövrüdə 30 milyon avroya transfer etdiyi Serxio Reqilyonun transfer edilməsini istəyir.

Xəbərdə bildirilir ki, İstanbul təmsilçisi Reqilyonu icarə əsasında heyətinə qatmaq istəyir, lakin futbolçunun müqaviləsi bu il bitdiyi üçün İngiltərə klubu oyunçunu birdəfəlik satmaqda maraqlıdır. Müqavilədə məcburi satınalma olacağı təqdirdə, icarə variantı da reallaşa bilər.

Qeyd edək ki, Serxio Reqilyon ötən mövsümün ilk yarısını "Mançester Yunayted"də, ikinci yarısını isə "Bretforda"da keçirib. O, çıxdığı 28 oyunda 4 asisst edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı