Bayden ilk dəfə Kurskdakı əməliyyatdan danışdı

ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatı açıq şərh edib.

Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Co Bayden Amerika rəsmilərinin bu addımla bağlı ukraynalılarla daimi təmasda olduğunu deyib. O qeyd edib ki, son 6-8 gün ərzində ona Ukraynanın addımları barədə hər 4-5 saatdan bir məlumat verilib.

“Bu, Putin üçün əsl dilemma yaradır” - deyə, o, Ukraynanın Rusiya ərazisinə müdaxiləsini şərh edərkən deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı