Bu il Azərbaycanda qızıl istehsalı 6 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 248,2 kq qızıl, 1 906,8 kq gümüş istehsal edilib.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2023-cü ilin yanvar-iyul aylarının göstəricisindən 5,6 % çox, gümüş istehsalı 20,1 % az olub.

Ötən 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 112 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,6 % azdır.

Bu ilin avqustun 1-nə ölkədə 105,6 kq qızıl, 79,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin avqustun 1-nə 25,9 ton təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı