Rusiya ordusu İvanovka qəsəbəsini ələ keçirdi

Rusiyanın Müdafiə Nazirliyi Rusiya ordusunun Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib.

Metbuat.az xəbər verir ki, açıqlamada Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk vilayətində İvanovka qəsəbəsini ələ keçirdiyi barədə məlumat verib. Açıqlamada Donbas bölgəsində bəzi məntəqələrin ələ keçirilərək bombalandığı, Mərkəzi hərbi birləşmələrin öz aktiv hərəkətləri ilə “Donetsk Xalq Respublikası”nda İvanovka qəsəbəsini azad etdiyi bildirilib.Açıqlamada sursat anbarları, anbarlar, hərbi texnika və Ukrayna hərbi hissələrinin yerləşdiyi 152 ərazinin təyyarə, pilotsuz uçuş aparatları, artilleriya və raket atəşi ilə bombalandığı da bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR