Cari ilin yanvar-iyul aylarında Azərbaycan 230 313,05 min ABŞ dolları dəyərində 332 340,61 ton neft məhsulları ixrac edib.
Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32,4%, həcmi isə 43,3% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.