Bu rayonların rəisləri dəyişdi - Nazirdən yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Metbuat.az Qaynarinfo-ya isinadən xəbər verir ki, FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov sözügedən qurumun rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nəsirov Rəşad Tağı oğlu da vəzifəsindən azad olunub və Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.

FHN-nin daxili xidmət mayoru Aqil Ağayev isə Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.

Nazir general-polkovnik Kəmaləddin Heydərovun yeni təyinatlarla bağlı müvafiq əmr imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı