Alen Delon vəfat etdi

Fransız kino sənayesinin görkəmli simalarından biri, aktyor, rejissor, prodüser və ssenarist Alen Delon vəfat edib.

Metbuat.az xəbər verir ki, məşhur aktyor 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1935-ci ildə dünyaya gələn Alen Delon, 1957-ci ildən etibarən kino dünyasında şöhrət qazanmağa başlayıb.

O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi dahi rejissorlarla işləyib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub. Delon "Rokko və onun qardaşları", "Macəraaxtaranlar", "Leopard", "Samuray", "Zorro", "Qara zanbaq", "Yaramazın ölümü" kimi filmlərdə yaratdığı unudulmaz obrazlarla kino tarixində əbədi iz buraxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR