Üç bürc ay sonunda pul itkisi ilə üzləşəcək

Astroloqlar iyul ayında maliyyə cəhətdən böyük problemlərlə rastlaşa biləcək bürcləri sıralayıblar. Onların fikrincə, avqustun sonunda üç bürc maddi cəhətdən çətinliklə üzləşə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, həmin bürclər bunlardır:

Tərəzilər

Tərəzilər xüsusən bu həftə rəhbərlərlə qarşıdurmalardan ehtiyatlı olmalıdırlar. Hər hansı mübahisəyə təşəbbüs cəzalandırıla bilər. Rəhbərlərinizlə yalnız növbəti aydan yeni vəzifə haqqında danışa bilərsiniz. Maliyyə sferasında problemlər yarana bilər, çünki şərait böyük sərmayələr yatırmağınızı tələb edə bilər. Məsələn, bir avtomobilin və ya mənzilin təmirinə pul yatırmalı olacaqsınız. Odur ki, xərclərə və pul itkilərinə qarşı hazırlıqlı olmaq, planlı addımlar atmaq lazımdır. Yalnız ağılla və təmkinlə verilmiş qərarlar sizi bu çətin günlərdən çıxara bilər.

Əqrəb

Astroloqlar bu günlərdə Əqrəblərə borc götürməyi tövsiyə etmir, çünki pulu qaytara bilməyəcəkləri riski var. Nəticədə bu bürcün nümayəndələri borc çuxuruna düşmək riski daşıyırlar, və ondan çıxmaq olduqca çətin olacaq. Həmçinin ayın sonun rəhbərliklə və ya iş həyatındakı tanışlarınızla münaqişə yarana bilər, bu da müəyyən problemlərin yaranmasına, hətta işinizi itirməyinizə gətirib çıxara bilər. Səbrli olun, iş əsnasında yararnan problemləri təmkinlə aradan qaldırmağa çalışın, iş yoldaşlarınızla münasibətlərinizə diqqət etməlisiniz. Maddi problemlərin həlli üçün ailə və dostlarınızdan yardım almaq sizin üçün ən məntiqli qərar ola bilər.

Oğlaq

Ay sonunda həmçinin Oğlaqların da rəhbərləri ilə münaqişəsi ola bilər ki, bu da onların işini, hətta peşəsini dəyişməsinə səbəb ola bilər. Pulla bağlı böyük problemlər, hətta iflas da gözlənilir. Ona görə də maliyyə sahəsində daha müdrik və savadlı qərarlar almalı olacaqsınız. Əgər bizneslə məşğul olursunuzsa, yatırımlarınıza bu günlər daha diqqətlə yanaşın. Ay sonunda baş verəcək maddi itkiləri kompensasiya etmək üçün daha sonra fürsətləriniz yarana bilər. Bu günlərdə ailə və dostlarınızla münasibətlərə diqqət etməl lazım gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı