Mourinyo "Barselona"nın hücumçusunu istəyir

"Fənərbaxça"nın "Barselona"nın gənc istedadı Ansu Fatini icarəyə götürmək üçün hərəkətə keçdiyi iddia edilib.

Metbuat.az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun israr etdiyi transferdə menecer Xorxe Mendesin əsas rol oynaya biləcəyi bildirilir. “Sport”un xəbərinə görə, "Fənərbaxça" Ansu Fatini 1 illik icarəyə götürmək istəyir. "Fənərbaxça" tərəfinin futbolçunun meneceri ilə əlaqə saxladığı deyilir. Məlumata görə, “Barselona” əsas heyətdə yer almayan futbolçunun klubdan ayrılmasına razılıq verib. Həmçinin bildirilir ki, Fatinin ailəsi futbolçunun “Barselona”dan ayrılacağı təqdirdə onun “Sevilya” klubuna transfer olmasını istəyir. "Fənərbaxça"nın maaş təklifinin daha yüksək olduğu deyilir.

Qeyd olunub ki, “Fənərbaxça” və “Sevilya”dan başqa, “Marsel” və “Vulverhempton” da Ansu Fatinin transferi üçün hərəkətə keçib. Fati ötən mövsüm icarə əsasında çıxış etdiyi "Brighton" forması ilə 27 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı