Heyətdən çıxarılan Gündoğandan sürpriz qərar

"Barselona"da çıxış edən İlkay Gündoğan komandadan ayrılmaq istəyir.

Metbuat.az xəbər verir ki, təcrübəli futbolçunun qərarını klub rəhbərliyinə çatdırdığı bildirilib. “Sport”un məlumatına görə, komandanın baş məşqçisi Hansi Flik və idman direktoru Deko da Gündoğanın klubdan ayrılmaq istəməsindən xəbərdardır.

Qeyd edək ki, İlkay Gündoğan ilk turun heyətindən çıxarılmışdı. Klubun açıqlamasında təcrübəli futbolçunun zədə səbəbindən meydana çıxa bilməyəcəyi bildirilmişdi. "Mançester Siti" ilə müqaviləsi başa çatdıqdan sonra "Barselona"ya imza atan İlkay Gündoğanın klubla 1 illik müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı