İlin ilk Super Ayı müşahidə olunur

Bu gün ilin ilk Super Ayı müşahidə olunub.

Metbuat.az xəbər verir ki, bu, Mavi Super Aydır. Təbii hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür. Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olur. Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbli baş verə bilər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR