Ukrayna bu halda da NATO üzvü ola bilər - Petr Pavel

Ukrayna ərazilərinin bir hissəsi hələ də Rusiyanın işğalı altında olsa belə, NATO-ya qəbul edilə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib. O, müsahibəsində qeyd edib:

"Bütün əraziyə nəzarətin tam bərpası ilkin şərt deyilsə, demarkasiya, hətta hansısa inzibati sərhəd olsa, biz bunu müvəqqəti olaraq qəbul edə bilərik".

Pavel xatırladıb ki, Almaniya 1955-ci ildə Şimali Atlantika Alyansına qəbul edilib, baxmayaraq ki, ölkənin bir hissəsi Sovet İttifaqı tərəfindən işğal edilmişdi:

“Buna görə də mən hesab edirəm ki, Ukraynanın Rusiya Federasiyası ilə münaqişəyə girmədən NATO-ya daxil olmasına həm texniki, həm də hüquqi cəhətdən həll yolu var”.

Onun fikrincə, bu, Kiyev və Moskva danışıqlara başladıqdan sonra mümkündür, Amerika Birləşmiş Ştatları, Çin və Avropa İttifaqı buna ciddi töhfə verməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı