Transfer çalışmalarına davam edən Türkiyənin "Qalatasaray" klubu ilə bağlı surpriz bir transfer iddiası gündəmə gəlib.
Metbuat.az bildirir ki, "Muchodeporte"də yer alan xəbərə görə, İstanbul təmsilçisi "Borussiya Dortmund"da forma geyinən 19 yaşlı Youssufa Moukoko ilə maraqlanır. Məlumatda qeyd edilib ki, "Qalatasaray" ilə birlikdə "Real Betis" və "Nottingham Forest" də oyunçunun keçidi üçün çalışır.
Bazar dəyəri 22 milyon avro olan gənc futbolcu Dortmund klubunda 99 oyunda meydaa çıxıb və 18 qol vurmağı bacarıb.