61 dil bilən, ürəyi olan robot yaradıldı - FOTO

Texnologiya dünyası bizi hər gün təəccübləndirməyə davam edir. Bu dəfə Hindistanın Krişna Mühəndislik və Texnologiya İnstitutundan (KIET) bir qrup tələbə və professordan ibarət komanda "Anuşka" adlı insanabənzər robot hazırlayıb. Ancaq "Anuşka"nı digər robotlardan fərqləndirən çox xüsusi bir şey var: Onun döyünən ürəyi var.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, robotun qiyməti 2 min 400 dollardır. Bu, bazardakı digər insanabənzər robotlarla müqayisədə xeyli dərəcədə aşağı qiymət deməkdir.

"Anuşka"nın üz dizaynı tarixi fransız şahzadəsindən ilhamlanıb və generativ süni intellektdən istifadə etməklə işlənib. 3D çap texnologiyası və elastik silikon örtüklə yaradılan bu üz çox real görünüş təqdim edir. Robota silikon örtüklü və işləmə mexanizmi olan süni ürək də əlavə edilib ki, bu da onu digər robotlardan fərqləndirir.

Anuşkanın hərəkətləri "Intel i7" prosessoru tərəfindən idarə olunur - buraya robotun başını çevirməkdən tutmuş, əllərini və gözlərini hərəkət etdirməyə qədər hər şey daxildir.

Sözügedən robot qarşısındakı insanları tanıyır, mimikaları analiz edir və buna uyğun reaksiya verə bilir. "Anuşka" 50-dən çox əl hərəkəti edir və 30-dan çox göz hərəkəti ilə emosiyalarını ifadə etməyi bacarır. Eyni zamanda robot 61 dil bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı