"Real" zərbəni gözləmədiyi yerdən ala bilər - Kluba təzyiq edilir

“Real Madrid”də əsas heyətə düşməkdə çətinlik çəkən Arda Güler haqqında yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Atletiko Madrid" azarkeşləri "Real Madrid"də əsas heyətə düşməkdə çətinlik çəkən Ardanın transfer edilməsi üçün rəhbərliyə təzyiq edir. “Gol Digital” jurnalında yer alan xəbərə görə, türkiyəli gənc ulduzun dəfələrlə ehtiyat oyunçular skamyasında olması onun narahatlığına səbəb olub və bu, “Atletiko Madrid” azarkeşlərinin diqqətini çəkib. “Atletiko Madrid” azarkeşləri klubdan bu fürsətin dəyərləndirilməsini istəyirlər.

“Atletiko Madrid” tərəfi Ardaya klubda əsas fiqur ola biləcək layihə təqdim edilməsini irəli sürüblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR