Bakıdan qayıdan Putin əmr verdi - Oktyabrın 1-nə qədər...

Rusiya lideri Vladimir Putin orduya Ukrayna qüvvələrinin Kursk vilayətinin işğal olunmuş ərazilərindən çıxarılması üçün vaxt verib.

Metbuat.az xəbər verir ki, bu barədə "RBC Ukrayna" hərbi-siyasi rəhbərlikdəki mənbəyə istinadən məlumat verib. Bildirilir ki, Rusiya ordusu oktyabrın 1-dək Kursk vilayətini azad etmək üçün Vladimir Putindən göstəriş alıb.

Məlumata görə, onların vəzifəsi tapşırığı Pokrovski və Toretski istiqamətlərindən qüvvələri geri çəkmədən yerinə yetirməkdir.

Qeyd edək ki, Ukrayna qüvvələri 6 avqustdan Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlara başlayıblar.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 18-19 avqust tarixlərində Azərbaycanda səfərdə olub. O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə qeyri-rəsmi və rəsmi görüşlər keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı