Bu il doğulan qız və oğlan uşaqlarının sayı açıqlandı

2024-cü ilin yanvar-iyul ayları ərzində 31 306-sı oğlan, 27 542-i isə qız olmaqla ümumilikdə 58 848 uşağın doğumu dövlət qeydiyyatına alınıb.

Bu barədə Metbuat.az-a Ədliyyə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, cari ilin yanvar-iyul ayları ərzində oğlan uşaqlarına ən çox Uğur, Hüseyn, Əli, Yusif, Raul, Ömər, Məhəmməd, Murad, Ayxan və Adəm, qız uşaqlarına isə Zəhra, Zeynəb, Məryəm, Aylin, Ayla, Nilay, Melisa, Fatimə, İnci və Mələk kimi adlar verilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR