"Aliment ödəyə bilməyənlər cəbhəyə göndərilsin" - Milonov

Rusiya Dövlət Dumasının mübahisəli simalarından olan Vitali Milonov qəribə təkliflə yenidən gündəmə gəlib.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, Milonov aliment borcunu ödəyə bilməyən kişilərin Ukrayna cəbhəsinə göndərilməsini təklif edib. Milonov bu təklifin yalnız böyük aliment borcu olan şəxslər üçün keçərli olacağını deyib:

"Onlara övladlarına necə faydalı ola biləcəklərini anlamaq şansı verək".

Qeyd edək ki, Vitali Milonov bundan əvvəl də mübahisəli və maraqlı təklifləri ilə diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı