"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya" ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, GSP stadionunda baş tutan matç meydan sahibləri böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

***

21:01

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçı start götürüb.

Metbuat.az xəbər verir ki, tərəflər arasında ilk qarşılaşma GSP stadionunda keçirilir.

Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.