Əri ilə qonaq gedirdi, faciəvi şəkildə öldülər - FOTO

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, avqustun 23-də saat 18 radələrində Zaqatala rayonu ərazisində “Opel” markalı avtomobil “BMW” ilə toqquşduqdan sonra ağaca çırpılıb.

Nəticədə “Opel” də olan sərnişinlər; 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

    ***

    Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

    Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonu Muxax kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib.

    Hərəkətdə olan “BMW” markalı 62 BP 419 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Əliabad qəsəbə sakini olan qadın sürücünün idarə etdiyi “Opel” markalı 99 SF 186 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

    Qəzadan sonra “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. “Opel” markalı avtomobilin sərnişinləri rayonun Əliabad qəsəbə sakinləri olan ar və arvad aldığı müxtəlif dərəcəli ağır xəsarətlərdən hadisə yerində ölüblər.

    “Opel” markalı avtomobilin sürücüsü və maşında olan daha iki nəfərin xəsarət aldığı bildirilir. Əldə olunan məlumata görə, “Opel” markalı avtomobildə olan şəxslər rayonun Muxax kəndinə qonaq gedirlərmiş.

    Qəza zamanı həyatını itirən şəxslərin ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyitlər Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Hazırda ölən şəxslərin və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR