Makron aktiv "Telegram" istifadəçisidir - KİV

"Fransa prezidenti Emmanuel Makron ilk prezidentlik kampaniyası başlayandan aktiv "Telegram" istifadəçisidir. O, Fransa Nazirlər Kabinetinin əksər üzvləri və ölkənin digər siyasi xadimləri kimi hələ də messencerdən istifadə edir".

Metbuat.az xəbər verir ki, bu barədə "Politico" sabiq fransız deputata istinadən məlumat yayıb. Bildirilib ki, messencer xüsusilə Fransa prezidentinin tərəfdarları arasında populyardır.

Keçmiş deputat qazet nümayəndələrinə Fransa prezidentinin profilini və Makronla son yazışmasını da göstərib.

Qeyd edək ki, Paris prokurorluğu Pavel Durovun 12 cinayət törətməkdə ittiham olunduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı