İspan mediası Arda ilə bağlı sevindirici xəbər verdi

"Real Madrid"in "Valyedolid"ə qarşı keçirdiyi matçda ilk 11-də meydana çıxan Arda Gülərin performansı gündəm olub.

Metbuat.az xəbər verir ki, Arda madridlilərin heyətində bu günə qədərki ən yüksək göstəricilərlə oynayıb və performansı bəyənilib. İspan mediası yazır ki, 19 yaşlı türk futbolçu artıq "Real Madrid"də əsas fiqurlardan birinə çevrilib və bu mövsüm daha çox meydana çıxacaq

Arda Gülərin "Valyedolid" matçı statistikaları belə olub:

42 ötürmə;

86% ötürmə dəqiqliyi;

7 qazanılan ikili mübarizə;

5 uduzduğu ikili mübarizə;

3 dəqiq zərbə;

2 qarşısı alınan zərbə;

2 ofsayd;

3 top alma;

2 zərbə qarşısı alma.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR