Bu xəstəlik infarkt riskini artırırmış

Böyük Britaniyada bir qrup alim qəbizlik problemi ilə bağlı təəccüblü araşdırma aparıb.

Metbuat.az bildirir ki, araşdırma qəbizlikdən əziyyət çəkən insanların infarkt, ürək çatışmazlığı və ya insult kimi xəstəliklərdən daha çox əziyyət çəkdiyini ortaya qoyub. 400 min insanın məlumatları üzərində aparılan araşdırma əslində hamımız üçün kritik əhəmiyyət kəsb edir.

Qəbizlik demək olar ki, hər kəsin yaşadığı və o qədər də ciddi sayılmayan bir problemdir. Bununla belə, araşdırmalara görə, dünya əhalisinin 14 faizi ciddi qəbizlik problemləri ilə mübarizə aparır. Son araşdırmalar qəbizliyin göründüyü qədər əhəmiyyətsiz olmadığını ortaya qoyub.

Son araşdırmalara görə, qəbizlikdən əziyyət çəkən insanların infarkt keçirmə ehtimalı digərlərinə görə iki-üç dəfə çoxdur. Üstəlik, yüksək təzyiq xəstələri daha çox risk altındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR