Kennedi prezident seçkilərində tərəfini seçdi

ABŞ prezidentliyi yarışından geri çəkilən müstəqil namizəd Robert Kennedi Respublikaçı Donald Trampın seçki komandasında çalışacaq.

Metbuat.az xəbər verir ki, o, Trampa dəstək verməyə qərar verib. “The New York Times” qəzeti Trampa yaxın mənbələrə istinadən yazıb ki, ötən həftə namizədlikdən geri çəkilən Kennedi Trampın seçki komandasına qoşulacaq. Bildirilir ki, Kennedi vəzifə bölgüsünü müəyyən edəcək və keçid prosesinin idarə olunmasında müvafiq komandalara həmsədrlik edəcək.

Qeyd edək ki, 2020-ci il prezident seçkilərində Demokratlardan prezidentliyə namizədlər arasında olan o vaxtkı konqresmen Tulsi Qabbar da Trampı dəstəkləyəcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı