Ançelotti futbolçuları yerbəyer edə bilmir - "Real" taktika qarışıb

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti heyətdə yenidən dəyişiklik edəcək.

Metbuat.az xəbər verir ki, “Real”ın “Real Valyadolid”i 3:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, ilk hissədəki futbol məşqçiləri qane etməyib. Ançelotti Rodriqonu əsas heyətdən çıxarmağa qərar verib. Məlumata görə, Ançelotti bu barədə futbolçuya da bildirib. Bildirilir ki, Ançelotti son matçda üç hücumçunun arxasında Arda Güleri 10 nömrəli mövqedə oynadıb. Ançelotti bu dəfə Ardanı sağ mövqeyə çəkəcək.

Bildirilir ki, yarımmüdafiədə isə Brahim və ya Modriç oynayacaq. Brahim və Modriç son oyunda sonradan meydana daxil olmuşdular.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR