Çin təyyarəsi Yaponiyaya daxil oldu - Gərginlik

Pekin Çinin döyüş təyyarəsinin Yaponiyanın hava məkanını pozmasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Pekin bəyan edib ki, pilotun belə niyyəti olmayıb. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirilən mətbuat konfransında hadisə ilə bağlı Yaponiya tərəfi ilə əlaqə saxladıqlarını bildirib. Linin sözlərinə görə, Çin hərbi təyyarələrinin heç bir ölkənin hava məkanına girmək niyyəti yoxdur.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi Çin ordusuna məxsus "Y-9" tipli hərbi təyyarənin Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiya hava məkanına daxil olduğunu bildirib. Yapon döyüş təyyarələrinin təyyarəyə cavab vermək üçün hərəkətə keçdiyi, lakin Çin təyyarəsinin həmin vaxt hava məkanını tərk etdiyi qeyd edilib. Müdafiə naziri Kihara Minoru bu pozuntunun Yaponiyanın suverenliyinə və təhlükəsizliyinə qarşı qəbuledilməz olduğunu bəyan edib. Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoshimasa da Çinə etiraz etdiklərini və bu cür hadisələrin bir daha baş verməməsi üçün lazımi addımları atmağa çağırdıqlarını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı