"Dinamo"nun baş məşqçisi qələbədən danışdı

"Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq.

Metbuat.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni şərh edib:

"Komandamı təbrik edirəm. "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq. Müdafiədə etibarlı çıxış etdik. Keyfiyyətli oyun göstərdiyimizi deyə bilərəm. Təbii ki, çatışmayan cəhətlər də var idi. Bununla belə, ümumilikdə yaxşı oyun sərgilədik. Futbolçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik".

Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR