​Ansu Fati türk klubuna transfer olur - Razılıq verdi

Ansu Fati "Barselona"dan ayrılmaq üzrədir.

Metbuat.az xəbər verir ki, futbolçunun Türkiyəyə transfer olacağı deyilir. İspaniya mətbuatında yer alan xəbərə görə, ulduz futbolçu üçün ən yüksək təklif "Fənərbaxça"dan gəlib. Joze Mourinyonun ispan futbolçunu komandasında görmək istədiyi bildirilir. Məlumata görə, bir çox klubdan təklif alan Ansu Fati “Fənərbaxça” ilə prinsipial razılığa gəlib. Transfer icarə əsasında reallaşa bilər. Bildirilir ki, “Barselona” maaş yükünə görə, futbolçunu klubdan göndərmək istəyir.

Ansu Fati üçün “Sevilya”, “Benfika” və “Vulverhempton”un da maraqlandığı irəli sürülür. Futbolçunun hazırkı transfer dəyərinin 25 milyon avro olduğu deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR