Yaponiyada qasırğa səbəbindən 3 nəfər öldü

Yaponiyanın Kyuşu adasında qasırğa səbəbindən 255 minə yaxın ev işıqsız qalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi məlumat verib.

Yoşimasa Hayaşi bildirib ki, torpaq sürüşməsi nəticəsində azı 3 nəfər ölüb, bir nəfər itkin düşüb.

NHK-nın məlumatına görə, Kyuşu adasında 54 nəfər xəsarət alıb.

Sinoptiklərin məlumatına görə, qasırğa saatda 15 km sürətlə hərəkət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı