Bakıda obyektdəki yanğın tam söndürüldü - YENİLƏNİB

Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

***

Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

15:40

Xəbər verdiyimiz kimi, Suraxanı rayonu ərazisində güclü yanğın baş verib. İlkin məlumata görə obyekt yanır.

Metbuat.az bildirir ki, Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı