Aşıq Samirə Əliyeva yay tətili üçün Türkiyəyə gedib.
Metbuat.az xəbər verir ki, sənətçi qardaş ölkənin məşhur turistik şəhərlərinin birində istirahətini keçirir. O, tətil zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb.
"Yayın son günləri... Allaha həmd olsun, bu yayı da övladlarımla sağlam və dolu-dolu yaşadıq," - deyə Samirə tətil təəssüratlarını bölüşüb.