Göyçayda ağır qəza oldu - FOTO

Göyçay şəhərində ağır yol qəzası baş verib.

Metbuat.az bildirir ki, hadisə gecə 00:30 radələrində şəhərin mərkəzi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkət etməkdə 77-MD-871 dövlət qeydiyyat nişanlı "Hyundai Elentra" markalı olan minik avtomobilinin sürücüsü idarəetməni itirib. Hadisə nəticəsində maşın yoldan çıxaraq kənardakı tikiliyə çırpılıb.

Qəza zamanı avtomaşında xəsarət alan sürücü və sərnişinlər təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR