Unibankın “Əjdaha” lotereyasının ilk qalibləri məlum oldu

Unibank müştəriləri tərəfindən böyük maraqla qarşılanan “Əjdaha” lotereyasının birinci tirajının qalibləri məlum olub. Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə 252 qalib seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.

Onminlərlə Unibank müştərisinin qatıldığı birinci tirajda iyulun 20-dən avqustun 20-dək Unibank kartları ilə 50 manat və yuxarı ödəniş edərək, azı 5 şansı olan müştərilər iştirak edib. Lotereyanın ilk tirajının əsas mükafatı olan Toyota Corolla Cross avtomobillərini hərəsi 121 və 107 sayda şansları olan Unibank müştəriləri qazanıb. iPhone 15 Pro qazanan qaliblər də fərqli şanslarla qaliblər siyahısına düşüblər. 1500 şansla da, 15 şansla da bu dəyərli mükafatı qazanan var. “Əjdaha” lotereyasının birinci tirajında 240 Unibank müştərisi ümumilikdə 50 min manat pul mükafatı qazanıblar.

İkinci tiraja avqustun 21-dən sentyabrın20-dək Unibank kartı ilə edilən ödənişlər daxildir. İkinci tiraj müddətində minimum 50 manatlıq ödəniş etməklə, birinci tirajda qazandığınız şansları da cəmləyərək, qalibiyyət şansınızı daha da artırmış olacaqsınız.

İkinci tiraj müddətində Bravoda etdiyiniz hər 10 manat sizə 3 şans qazandırır. Bolt Food-da etdiyiniz hər 10 manat sizə 3 şans verir. Eləcə də xaricdə Unibank kartı ilə xərclədiyiniz hər 10 manat, yaxud bu məbləğin ekvivalenti, xarici saytlarda etdiyiniz hər 10 manatlıq ödəniş sizə 1 deyil 3 şans qazandıracaq.

İkinci tirajın qalibləri də sentyabrın sonunda Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilətəsadüfi seçmə üsulu ilə seçiləcək.

Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, səkkiz ədəd Toyota Corolla Cross avtomobilindən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!

Sadəcə ödənişlərinizi Unibank kartları ilə edirsiniz və möhtəşəm hədiyyələr qazanırsınız.

Dekabrın 20-dək davam edəcək lotereya çərçivəsində Unibank müştəriləri ümumilikdə 1300-ə yaxın hədiyyə qazanacaq.

Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.

Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!

Unibank -Sənin Bankın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı